...

Xəzər regionu Avrasiya məkanının taleyini müəyyən edəcək – rusiyalı ekspert

Siyasət Materials 10 Noyabr 2010 17:43 (UTC +04:00)

Rusiya, Moskva, 10 noyabr /Trend, xüsusi müxbir S.Əliyev/

Xəzər regionu perspektivdə bütün Avrasiya məkanının taleyini müəyyən edəcək nəhəng geostrateji məkandır. Bu barədə Moskvada M.V. Lomonosov adına MDU Postsovet araşdırmaları mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov "Xəzəryanı dövlətlərin 3-cü sammiti ərəfəsində Xəzər gündəliyi" adlı "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, Xəzər əməkdaşlığı məsələlərinin həlli ilk növbədə Xəzər beşliyi səviyyəsində həll olunmalıdır.

O həmçinin bildirib ki, Xəzəryanı ölkələr gündəliyi müəyyən etməlidirlər, bundan sonra digər tərəflər danışıqlara qoşulmalıdırlar.

Vlasov hesab edir ki, Xəzəryanı ölkələrin onların tətbiqi üçün ekoloji və digər standartlar yaratmaları vacibdir.

Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru, Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mexeyevin fikrincə, Xəzəryanı ölkələrin harmonik kompleks əməkdaşlığı üçün beştərəfli format vacibdir. O hesab edir ki, Xəzər problematikasına böyük önəm verilir, bu məsələləri işıqlandıran və onlarla məşğul olan informasiya resursları var.

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü noyabrın 18-də Bakıda keçiriləcək. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

Noyabrın 3-4-də Bakıda Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin razılaşdırılması üzrə beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclası keçirilib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti