...

Qazaxıstan müstəqillik əldə etdiyi andan demokratiyaya doğru irəliləyir - ATƏT sədri Kanat Saudabayev

Siyasət Materials 11 Noyabr 2010 13:08 (UTC +04:00)
Demokratiyanın inkişafı Qazaxıstanın düşünülmüş seçimidir, ölkə müstəqillik əldə etdiyi andan ona doğru irəliləyir. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan XİN rəhbəri Kanat Saudabayev belə hesab edir.
Qazaxıstan müstəqillik əldə etdiyi andan demokratiyaya doğru irəliləyir - ATƏT sədri Kanat Saudabayev

Qazaxıstan, Astana, 11 noyabr /Trend, müxbir A.Maratov/

Demokratiyanın inkişafı Qazaxıstanın düşünülmüş seçimidir, ölkə müstəqillik əldə etdiyi andan ona doğru irəliləyir. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan XİN rəhbəri Kanat Saudabayev belə hesab edir.

"Demokratiya əvvəli olan, lakin sonu olmayan prosesdir. Müstəqilliyimizin bütün 19 ili ərzində ölkəmizdə bu prosesdəki dinamikanı müşahidə etmək olar", - Qazaxıstanın dövlət katibi Saudabayev dekabrın ilk günlərində Astanada keçiriləcək ATƏT sammiti ərəfəsində Trend və bəzi xarici KİV-ə verdiyi müsahibəsində qeyd edib.

Bu ilin yanvarında Qazaxıstan ATƏT-in illik sədrliyinin qəbuil edərkən bəzi Qərb QHT-ləri ölkənin səviyyəsinin təşkilatın nizamnamə qaydalarına uyğun gəlməsi ilə bağlı şübhələrini ifadə edərək bunu Qazaxıstanda insan haqları və demokratiya ilə əlaqədar problemlərin olması ilə izah etmişdilər.

Qazaxıstan xalqı ölkənin müstəqillik əldə etdiyi ilk günlərdən düşünülmüş şəkildə demokratiya yolunu seçib. Saudabayev bildirib ki, bütün bu illər ərzində ardıcıl olaraq bu istiqamətdə inkişaf gedir və bundan sonra da gedəcək.

"ATƏT sədrliyi və sammiti ərəfəsində qanunvericiliyimizdə islahatlar apardığımızı desək, bu, ümumiyyətlə, səhv olar", - o, bildirib.

Qazaxıstan 2007-ci ilin noyabrında ATƏT XİN rəhbərlərinin illik görüşündə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi çərçivəsində 2009-cu ilin fevralında KİV, seçkilər və siyasi partiyalar haqqında yeni qanunvericilik aktları qəbul edilib.

Nazirin sözlərinə görə, Qazaxıstanda əsas vətəndaş hüquqları - ləyaqətli yaşamaq, təhsil, səhiyyə hüququ, söz və yaşayış yerini dəyişmə azadlığı, din, mədəniyyət və ənənələr azadlığı mövcuddur.

"Qazaxıstanın bir çox postsovet respublikalarından fərqli olaraq dinlərarası və millətlərarası zəmində sarsıntılardan qaça bilməsi ölkəmizdə demokratiyanın uğur qazanmasına əhəmiyyətli töhfədir", - Saudabayev bildirib.

Xəbər lenti

Xəbər lenti