...

Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan arasında məhsuldar əlaqələr yaradılıb - komissiyanın nümayəndəsi

Siyasət Materials 12 Noyabr 2010 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Ötən dövr ərzində Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan arasında məhsuldar əlaqələr yaradılıb. Bunu cümə günü Bakıda Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri" mövzusunda keçirilən konfransda Venesiya Komissiyasının nümayəndəsi Tanya Qervyen bildirib.

"Bu illər ərzində Azərbaycanla əldə olunan nəticələrlə qürur duyduğumuzu deyə bilərik. Konstitusiya Məhkəməsinin cəmiyyətə çox böyük təsiri var", - Qervyen əlavə edib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Qerven hesab edir ki, insan hüquqlarının yerli səviyyədə həll olunmasına çalışılmalıdır ki, bu işlər Avropa Məhkəməsinə çıxmasın.

Onun sözlərinə görə, Avropa Məhkəməsinə ildə 120 minədək iş daxil olur.

"Demokratik cəmiyyətdə insan hüquqlarının müdafiəsi ən öncül məsələdir", - Venesiya Komissiyasının rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti