...

Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb

Siyasət Materials 12 Noyabr 2010 17:13 (UTC +04:00)
Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb.
Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənib, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanıb, dünyada məşhur video paylaşım saytı olan YouTube-da Prezidentin rəsmi videokanalı fəaliyyətə başlayıb, qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi yaradılıb, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb, saytın mobil versiyası istifadəyə verilib və çox sayda digər yeni funksiyalar istifadəçilərə təqdim edilib.

Azərbaycanın turizm cazibədarlığını və xaricilər tərəfindən artan marağı nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytının məxsusi olaraq xarici qonaqlar üçün internet səhifəsi hazırlanıb (http://president.az/foreign). Bu səhifədə xarici qonaqlar Azərbaycana gəlmək üçün ən son dəyişikliklər edilmiş viza qaydaları ilə yaxından tanış ola, ölkəmizin müxtəlif şəhərlərində hava durumunu və eyni zamanda, xarici valyutaların manata qarşı cari məzənnəsini öyrənə, Azərbaycanda baş verən hadisələrlə bağlı ən son xəbərləri oxuya bilərlər.

Səhifəyə yaxın gələcəkdə Azərbaycan mədəniyyəti ilə bağlı, həmçinin xarici qonaqlar üçün praktiki əhəmiyyətli digər məlumatların əlavə edilməsi gözlənilir.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi öz imkanları baxımından artıq informasiya portalına çevrilməkdədir. Verilən məlumata əsasən, bu istiqamətdə işlər davam etdirilir və tezliklə yeni imkanlar istifadəçilərin ixtiyarına veriləcək.

Xəbər lenti

Xəbər lenti