...

Azərbaycan Prezidenti İranda istehsal olunan yeni avadanlıqlarla tanış olub

Siyasət Materials 17 Noyabr 2010 18:00 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Prezidenti İranda istehsal olunan yeni avadanlıqlarla tanış olub

Çərşənbə günü Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İran Prezidenti bildirib ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir.

Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. O bildirib ki, bu avadanlıqlar Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.

Xəbər lenti

Xəbər lenti