...

Azərbaycan Prezidenti NATO-nun zirvə toplantısında iştirak etmək üçün Lissabona səfərə yola düşüb

Siyasət Materials 19 Noyabr 2010 12:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün cümə günü Portuqaliyanın paytaxtı Lissabona səfərə yola düşüb.
Azərbaycan Prezidenti NATO-nun zirvə toplantısında iştirak etmək üçün Lissabona səfərə yola düşüb

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün cümə günü Portuqaliyanın paytaxtı Lissabona səfərə yola düşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Noyabrın 19-20-də Lissabonda NATO-nun sammiti keçiriləcək.

Portuqaliyanın paytaxtında Şimali Atlantika müqaviləsinin yeni strateji konsepsiyası təqdim olunacaq. NATO-ya üzv ölkələrin kollektiv təhlükəsizliyinin təminatı üzrə alyansın strateji məsələlərini ümumiləşdirən bu sənəd növbəti 10 ili əhatə edir. NATO-nun Lissabon sammitində 27 dövlət başçısının iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti