...

Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişi milli maraqlarından çıxış edərək imzalayıb - hakim partiya

Siyasət Materials 19 Noyabr 2010 15:39 (UTC +04:00)
Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi öz milli maraqlarından çıxış edərək imzalayıb. Bunu hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.
Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişi milli maraqlarından çıxış edərək imzalayıb - hakim partiya

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi öz milli maraqlarından çıxış edərək imzalayıb. Bunu hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi və Birgə Bəyanatı imzaladılar.

"Xəzərdə təhlükəsizliklə bağlı irəli sürülən təkliflər və əldə olunmuş razılaşmalar Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələdir", - Qurbanlı bildirib.

Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyin qorunub saxlanması, Xəzərin hərbisizləşdirilmiş su hövzəsinə çevrilməsi Azərbaycanın və digər ölkələrin də maraqlarına uyğundur. "Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş Xəzərdə sülh və əmin-amanlıq yaratmaq ideyasına xidmət edir", - partiyanın icra katibinin müavini bildirib.

Qurbanlı hesab edir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən Zirvə görüşü və bu görüş çərçivəsində imzalanmış sənədlər böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti