...

Azərbaycan və Ekvador arasında ikitərəfli münasibətlərin gücləndirilməsi müzakirə olunub

Siyasət Materials 23 Noyabr 2010 07:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 Noyabr /Trend, müxbir İ.Hüseynov /

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev noyabr ayının 22-də Ekvadorun Xarici İşlər Nazirinin birinci müavini Kinto Enrike Lukas Lopez ilə görüş zamanı, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və müvafiq müqavilə hüquq bazanın təkminləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin Lopez ilə görüşü Mehdiyevin 22-23 noyabr 2010-cu il tarixində Ekvadora etdiyi səfər çərçivəsində keçirilib. Bu barədə Daimi nümayəndəliyinin Trend-ə çərşənbə axşamı daxil olan məlumatında deyilir.

Görüşdə Mehdiyev ölkəmizdə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionmuzda mövcud olan vəziyyət barədə həmsöhbətə məlumat verib. Səfir, həmçinin, həmsöhbətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin məsələ üzrə məlum mövqeyini bir daha onun diqqətinə çatdırıb.

Bununla yanaşı görüş zamanı iki ölkənin böyük potensiala malik olduğu və bütün maraq kəsb edən məsələlərdə əməkdaşlığın gücləndirilməsi və məsləhətləşmələrin davam etdirilməsi vacibliyi hər iki tərəfdən xüsusilə qeyd olunub. Həmçinin, ölkələrimizin eyni problemlərlə üzləşdiklərini və bir çox məsələlərdə mövqelərinin üst-üstə düşməsini nəzərə alaraq, Azərbaycanın və Ekvadorun iştirak etdikləri beynəlxalq təşkilatlarda fəaliyətlərinin əlaqələndirilməsi mümkünlüyü vurğulanıb.   

Xəbər lenti

Xəbər lenti