...

Prezident Azərbaycanda növbəti il üçün yaşayış minimumu haqqında qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 24 Noyabr 2010 22:13 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident Azərbaycanda növbəti il üçün yaşayış minimumu haqqında qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin edilməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməsi, həmçinin öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanununa əsasən ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat miqdarında, iş qabiliyyəti olan əhali üçün - 102 manat miqdarında, təqaüdçülər üçün - 72 manat miqdarında, uşaqlar üçün - 76 manat miqdarında müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti