...

Azərbaycanın xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 26 Noyabr 2010 19:10 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının intensivləşdiyini qeyd edən tərəflər bu xüsusda "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulayıblar. Cənubi Qafqaz regionunda təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib.

Öz növbəsində Semnebi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu söyləyib.

Görüş zamanı tərəflər Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın cari vəziyyəti, regional sabitlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti