...

"Wikileaks" saytında Azərbaycan Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələrin heç bir əsası yoxdur - mətbuat xidməti

Siyasət Materials 30 Noyabr 2010 14:02 (UTC +04:00)
“Wikileaks” saytında Azərbaycan Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələrin heç bir əsası yoxdur - mətbuat xidməti
"Wikileaks" saytında Azərbaycan Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələrin heç bir əsası yoxdur - mətbuat xidməti

Bu günlərdə "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılıb. Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub.

Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyildir, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb.

Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub.

Xəbər lenti

Xəbər lenti