...

Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir

Siyasət Materials 1 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir.
Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir.

Fevralda "YES Azərbaycan" Beynəlxalq Məşvərət Qrupunun dəvəti və M.F.Axundovun Tbilisidəki ev muzeyinin dəstəyi ilə Azərbaycana səfər edəcək Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya Bakıda əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə "YES Azərbaycan"ın üzvü Rövşən Muradov məlumat verib.

"International Black Sea" Universitetinin rektoru və "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Alasaniya səfər çərçivəsində Bakıda Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı məqsədi ilə görüşlər keçirəcək.

Səfər proqramına Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüşlər də daxil edilib.

Xəbər lenti

Xəbər lenti