...

Azərbaycanın dövlət başçısı Laos Prezidentini təbrik edib

Siyasət Materials 1 Dekabr 2010 20:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneni təbrik edib.
Azərbaycanın dövlət başçısı Laos Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneni təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Çoummali Sayasoneyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Laos xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti