...

Azərbaycan Müdafiə Nazirliyi "WikiLeaks" saytında yayılan məlumatları təxribat sayır

Siyasət Materials 2 Dekabr 2010 15:57 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi "WikiLeaks" saytında müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın keçmiş səfiri Enn Dörslə görüşü barədə yayılan məlumatları təxribat sayır.
Azərbaycan Müdafiə Nazirliyi "WikiLeaks" saytında yayılan məlumatları təxribat sayır

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi "WikiLeaks" saytında müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın keçmiş səfiri Enn Dörslə görüşü barədə yayılan məlumatları təxribat sayır.

"Mətnlə tanış olduqdan sonra, doğrusu, çox təəccüb etdim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə də xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dörslə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam. Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır", - Müdafiə Naziliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu cümə günü mətbuata açıqlamasında bildirib.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

Azərbaycan Prezidentinin mətbuat xidməti saytda dərc olunan məlumatları əsassız sayıb.

Xəbər lenti

Xəbər lenti