...

Azərbaycanda 94 saylı Bərdə kənd DSK-nın tərkibində dəyişiklik edilib

Siyasət Materials 3 Dekabr 2010 12:37 (UTC +04:00)
Cümə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Azərbaycanda 94 saylı Bərdə kənd DSK-nın tərkibində dəyişiklik edilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

Cümə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda əvvəlcə 94 saylı dairə seçki komissiyasının (DSK) tərkibində dəyişiklik edilib.

İclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən birinin qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılması, birinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərarlar qəbul olunub.

Azərbaycanda noyabrın 7-də parlament seçkisi keçirilib. Seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Konstitusiya Məhkəməsi seçkinin nəticələrinin tanınmasına dair qərar qəbul edib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti