...

MDB ölkələrinin Baş Qərargah rəisləri hərbi əməkdaşlıq konsepsiyası layihəsini imzalayıblar

Siyasət Materials 3 Dekabr 2010 17:12 (UTC +04:00)
MDB iştirakçı dövlətlərinin silahlı qüvvələrinin Baş Qərargah rəsiləri Moskvada birlik çərçivəsində hərbi əməkdaşlığa yönələn sazişlər paketi layihəsini imzalayıblar.
MDB ölkələrinin Baş Qərargah rəisləri hərbi əməkdaşlıq konsepsiyası layihəsini imzalayıblar

MDB iştirakçı dövlətlərinin silahlı qüvvələrinin Baş Qərargah rəsiləri Moskvada birlik çərçivəsində hərbi əməkdaşlığa yönələn sazişlər paketi layihəsini imzalayıblar. Bu barədə cümə günü jurnalistlərə MDB Müdafiə Nazirləri Şurası Katibliyinin mətbuat katibi, 1-ci dərəcəli kapitan Mixail Sevastyanov deyib. Məlumatı RİA Novosti yazır.

Bir neçə saat bundan əvvəl Rusiyanın Baş qərargah rəisi ordu generalı Nikolay Makarov jurnalistlərə bildirib ki, MDB ölkələrinin 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası birlik dövlətləri başçılarının qarşıdakı sammitində qəbul ediləcək. Cümə günü buna uyğun olaraq konsepsiya layihəsi qəbul edilib.

"Sənədlər birgə rabitə sistemlərinin yaradılması və MDB iştirakçı dövlətlərinin silahlı qüvvələrinin avtomatlaşdırılması üzrə hərbi-texniki əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini nəzərdə tutur", - Sevastyanov qeyd edib.

Onun sözlərinə görə, Baş Qərargah rəisləri birləşmiş nəzarət sisteminin yaradılması və MDB ölkələrinin Müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi, "Parol" vahid dövlət radiolokasiya sisteminin tanınmasının təkmilləşdirilməsi sahəsində əməkdaşlığının gələcək inkişafı üzrə sənədləri, MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis təminatı məsələlərini də nəzərdən keçiriblər.

Bundan başqa, birlik ölkələrinin silahlı qüvvələrinin topoqrafik geodeziya təminatı və naviqasiyası, MDB ölkələrinin silahlı qüvvələrinin meteoroloji xidmətlərinin qarşılıqlı fəaliyyəti, birlik dövlətlərinin Müdafiə nazirliklərinin arxiv informasiyasının mübadiləsi və istifadəsi məsələləri üzrə sənədlər də bəyənilib.

İclasın işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna silahlı qüvvələrinin Baş qərargahlarının nümayəndə heyətləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti