Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) dekabrın 9-da Moskvada keçiriləcək iclasında iştirak edəcək.
Məmmədyarov Moskvaya bu gün axşam gedəcək. Bu barədə çərşənbə günü Trendə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Bir az əvvəl Birliyin İcraiyyə Komitəsindən məlumat verilmişdi ki, XİNŞ iclasının gündəliyində MDB çərçivəsində siyasi, hərbi-siyasi və humanitar istiqamətlərdə əməkdaşlıq məsələləri duracaq.
XİNŞ iclası dekabrın 10-na təyin olunmuş MDB dövlət başçılarının sammiti ərəfəsində keçiriləcək.