...

Türkiyə və Azərbaycan arasındakı əlaqələr hələ heç vaxt indiki qədər möhkəm olmayıb – Türkiyə XİN rəhbəri

Siyasət Materials 13 Dekabr 2010 11:49 (UTC +04:00)

Türkiyənin türk dünyası ölkələri ilə əlaqələri bir neçə il bundan əvvəl olduğundan daha sıxdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkmənistandan qayıtdıqdan sonra "Axşam" qəzetinə bildirib.

O, Türkiyə-Azərbaycan və Türkiyə-Qazaxıstan əlaqələrini xüsusi qeyd edib və onun sözlərinə görə, bu əlaqələr hələ heç vaxt bu qədər sıx olmayıblar.

Davudoğlu Türkmənistanın neytrallıq statusunu qəbul etməsinin 15 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Aşqabada səfər edib.

Aşqabadda Davudoğlu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan, Özbəkistan, Pakistan, Əfqanıstan və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Vladimir Norov, Əhməd Qüreyşi, Zalmay Rəsul və Rəşid Meredovla görüşüb.

Xəbər lenti

Xəbər lenti