Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Silahlı Qüvvələrinin 32-ci batalyonu Əfqanıstana gəlib. Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, batalyon ölkənin ən mürəkkəb vilayətlərindən biri - ABŞ-ın komandanlığı altında olan Helmənddə yerləşdirilib.
Beynəlxalq sülhməramlı əməliyyat çərçivəsində Gürcüstan hərbçiləri patrul xidmətini həyata keçirəcəklər, yerli əhali ilə əlaqəni dəstəkləyəcəklər və lazım olan halda onlara tibbi yardım göstərəcəklər.
Amerikalı hərbi ekspertlərin fikrincə, sülhməramlı gürcü batalyonu missiyada ən nümunəvi hərbçilərdəndir.
32-ci batalyon altı ay ərzində Əfqanıstanda missiyasını yerinə yetirən 31-ci batalyonu əvəz edib. Bu dövr ərzində beş gürcü hərbi qulluqçu həlak olub.
Əfqanıstanda cəmi iki gürcü bölməsi missiyanı yerinə yetirir: Fransanın cavabdehlik zonasında 170, ABŞ-ın cavabdehlik zonasında isə 700 hərbi qulluqçu.