...

Azərbaycan Prezidenti Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib

Siyasət Materials 13 Dekabr 2010 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları - Abdullayev İlham Əyyub oğlu, Abdullayev Qüdrət Həsən oğlu, Abdullayev Şamı İsmayıl oğlu və Qasımov Əşrəf Məmməd oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə; Abbasov Eyvaz Əjdər oğlu, Babayev Baba Məmməd oğlu, Cəfərov Elşən Akif oğlu, Əliyev Akif Suliddin oğlu, Hüseynov Aslan Rəhman oğlu, Kurnosenko Oleq Viktoroviç, Qasımov Emin İsrafil oğlu, Qasımov Ədalət İsmayıl oğlu, Qurbanova Mətanət Ədalət qızı, Məmmədov Mehman Ələmdar oğlu, Məmmədov Salman İsrafil oğlu, Nəsirov Famil Siyasət oğlu, Təhməzov Nahid Aydın oğlu və Zeynalov İlham Filman oğlu "Hərbi xidmətlərə görə" medalı ilə; Allahverdiyev Kamil Əli oğlu, Aslanov Fikrət Əhəd oğlu, Budayev Zahid Əli oğlu, Efendiyev Emil Məhəmmədoviç, Əhmədov Elçin Nəriman oğlu, Əlimərdanov Oqtay Əli-İslam oğlu, Əzimov Rasim Mirzəbala oğlu, Heydərova Arzu Oktyabr qızı, Haşımov Yusif Əziz oğlu, Hüseynov Vüqar İsfəndiyar oğlu, Xudiyev Rza Xudu oğlu, İsmayılov Ceyhun Şahhüseyn oğlu, Məmmədov Zülfüqar Abil oğlu, Seyidov Aydın Hakim oğlu, Suxoquzov Oleq Alekseyeviç, Şükürov Dövlət Rəhman oğlu, Talıbov Zaur Xaliq oğlu, Yusubova Nərgiz Aydın qızı, Zahidov Ceyhun Paşa oğlu və Zamanov Yusif Cümşüd oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

Prezidentin digər bir sərəncamı ilə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsində, psixoloji yardım və müalicə-profilaktika işinin təşkilində xidmətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına - Tibb Xidmətinin rəisi Allahverdiyev İlham Əsgər oğlu və Tibb Xidmətinin və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi Qayıbov Namiq Tələt oğluna - "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, fövqəladə hallar nazirinin müavinləri Mirzəyev Etibar Böyükbəy oğlu və Lətifov Ragim Əhəd oğluna general-leytenant, fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadəyə tibb xidməti general-leytenantı, Bakı Regional Mərkəzinin rəisi Aşurlu Kənan Məhərrəm oğlu, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi Hüseynov Elşad Məmmədəli oğlu, Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Nağıyev Nağı Cabbar oğlu və Kadr siyasəti Baş idarəsinin rəisi Şirinova Sevda Azər qızına general-mayor hərbi rütbələri verilib.

Xəbər lenti

Xəbər lenti