...

Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb - nazir

Siyasət Materials 17 Dekabr 2010 11:25 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb - nazir.
Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb - nazir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

"Hazırda zirehli texnikalar sahəsində asılılığı aradan qaldırmağa çalışırıq. Eyni zamanda döyüş texnikaları üzərində müasir tələblərə cavab verən silahlanma sistemləri qururuq", - Camalov vurğulayıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi həmçinin, Türkiyənin "Otokar" şirkəti ilə zirehli nəqliyyat vasitələrinin istehsalına dair danışıqlar aparıdığını bildirib.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin yaranma günüdür. Bu münasibətlə naziriliyin rəhbər və şəxsi heyəti Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti