...

Türkdilli ölkələrin sammiti 2011-ci ildə Astanada keçiriləcək

Siyasət Materials 17 Dekabr 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir A.Axundov/

2011-ci ilin oktyabrında Astanada xarici işlər nazirləri səviyyəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iştirakçısı olan ölkələrin sammiti keçiriləcək. Bu barədə jurnalistlərə cümə günü Şuranın rəhbəri Halil Akıncı məlumat verib.

O bildirib ki, sammitdə əsas məsələlər - türkdilli ölkələrin gömrük ittifaqının yaradılması və bütün türkdilli ölkələr arasında viza rejiminin ləğvi müzakirə olunacaq.

Akıncı cümə axşamı Qazaxıstandan Bakıya gəlib.

Cümə günü Şuranın rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, TÜRKPA-nın baş katibi, eləcə də Azərbaycann Sahibkarlar Konfederasiyasının başçısı ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti