...

TÜRKPA Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası ilə ortaq layihələrin həyata keçirilməsini müzakirə edib

Siyasət Materials 17 Dekabr 2010 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/

TÜRKPA-nın baş katibi Ramil Həsənov cümə günü Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının katibi səfir Halil Akıncı ilə birgə fəaliyyətin, ortaq layihələrin həyata keçirilməsini müzakirə edib.

Görüş zamanı Halil Akıncı TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının beynəlxalq təşkilat kimi güclənməsi və inkişaf etməsində TÜRKPA-nın təcrübələrindən də faydalanmağa maraqlı olduqlarını bildirib.

Mərkəzi ofisi İstanbulda olan Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən, Türkmənistan prezidentinin də qonaq statusunda iştirakı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti