...

Qafqazdakı münaqişələr bütün dünyanın problemidir – Gürcüstan patriarxı

Siyasət Materials 20 Dekabr 2010 17:50 (UTC +04:00)
Qafqazdakı problemləri həll etmək lazımdır və bunlar təkcə Ermənistan, Gürcüstan və Azərbaycanın deyil, həm də bütün dünyanın problemidir.
Qafqazdakı münaqişələr bütün dünyanın problemidir – Gürcüstan patriarxı

Gürcüstan, Tbilisi, 20 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Qafqazdakı problemləri həll etmək lazımdır və bunlar təkcə Ermənistan, Gürcüstan və Azərbaycanın deyil, həm də bütün dünyanın problemidir. Bu barədə bu gün Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşdə bütün Gürcüstanın Katalikos-Patriarxı II İlia deyib.

"Qafqazda müharibə yoxdur, lakin sülh də yoxdur, buna isə daha dözmək olmur, - patriarx qeyd edib. - Bu, Qafqaz üçün çox ağrılı məsələdir və mən şadam ki, siz bu prosesə cəlb olunmusunuz. Regionda sülhün olması üçün bu çox vacibdir".

Onun sözlərinə görə, bu Qarabağın Azərbaycandan qoparıldığı kimi, Abxaziya və Cənubi Osetiya da Gürcüstandan qoparılıb, bu isə regionda sülhə xidmət edə bilməz.

Paşazadə bu gün Gürcüstana II İlianı patriarx olmasının 33-cü ildönümü münasibətilə təbrik etmək üçün gəlib. Dekabrın 25-də II İlianın Gürcüstan kilsəsinə başçılıq etməsinin 33 ili tamam olur.

II İlia Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Gelati Dini Akademiyasının fəxri doktor diplomunu təqdim edib.

Paşazadə patriarxa II İlianın portretinin təsvir olunduğu xalçanı təqdim edib.

Səfər çərçivəsində Paşazadə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Xəbər lenti

Xəbər lenti