...

Azərbaycan Parlamenti bir sıra sazişləri təsdiq edib

Siyasət Materials 21 Dekabr 2010 17:13 (UTC +04:00)
Azərbaycan parlamenti "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqaviləni və "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiq edib.
Azərbaycan Parlamenti bir sıra sazişləri təsdiq edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Azərbaycan parlamenti "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqaviləni və "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiq edib.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin iclasında deyib ki, "Dövlət sərhədi haqqında" müqavilə Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq baxımından əhəmiyyət daşıyır.

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" saziş Azərbaycan və Rusiyanın Samur çayının ekoloji sisteminə ziyan vurmadan ondan effektiv istifadəsini nəzərdə tutur", - Azərbaycan Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov deyib.

"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqavilə və "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" saziş sentyabrın 3-də Bakıda imzalanıb.

Bundan başqa, Azərbaycan Milli Məclisi Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstan Baş nazirinin bəyanatlarını ratifikasiya edib.

Xəbər lenti

Xəbər lenti