...

Azərbaycanın xarici işlər naziri Küveytin Baş naziri ilə görüşüb

Siyasət Materials 11 Yanvar 2011 16:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Şeyx Nasser əl-Məhəmməd əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüş keçirib.
Azərbaycanın xarici işlər naziri Küveytin Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Şeyx Nasser əl-Məhəmməd əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Küveyt arasında ilk hökumətlərarası komissiyasının iclasının nəticələri müzakirə olunub. Əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin zəruriliyindən danışan tərəflər komissiyanın qəbul etdiyi protokolda əldə edilmiş sahələr üzrə razılıqların bu prosesə təkan verəcəyi bildiriblər.

Şeyx Nasser ölkələr arasında uçuşların təşkil edilməsi vacibliyini söyləyərək, neft şirkətləri arasında da əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Sonra Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə maraqlanıb. Cavab olaraq Məmmədyarov hər iki məsələyə dair ətraflı məlumat verib.

Məmmədyarovun dekabrın 10-dan Küveytə işgüzar səfəri başlayıb. Səfər çərçivəsində iki ölkə arasında üç sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti