...

Bakıda Rusiya Məlumat-Mədəniyyət Mərkəzi açılıb (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Siyasət Materials 22 Yanvar 2011 15:26 (UTC +04:00)
Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzi hər iki ölkə üçün vacib olan humanitar dialoqa yardım edəcək. Bu barədə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin mərkəzin açılışında bildirib.
Bakıda Rusiya Məlumat-Mədəniyyət Mərkəzi açılıb (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Fotoşəkillər əlavə olunub (əvvəlki xəbər  14:03-də yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzi hər iki ölkə üçün vacib olan humanitar dialoqa yardım edəcək. Bu barədə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin mərkəzin açılışında bildirib.

"Açılışda iştirak etdiyimə şadam. İl bu mühüm və gözəl aksiya ilə başlayır", - Narışkin deyib. Onun sözlərinə görə, bu mərkəz zəngin tarixi fondlarla təchiz olunub.

"Mərkəzin yaradılması imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlığımı bildirirəm", - o, əlavə edib.

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzi indi də çox dinamik inkişaf edən iki ölkənin əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərkəzin açılışında qeyd edib.

Mehdiyevin sözlərinə görə, bu, yeni səviyyəyə çıxan humanitar əlaqələr sahəsində mühüm hadisədir.

"Biz layihənin reallaşdırılmasında iştirak edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Əgər iki ölkənin rəhbərləri belə tədbirlər üçün vaxt tapırlarsa, bu, çox şeydən xəbər verir", - o, deyib.

"Mədəniyyətlərimizin bir-birinə təsiri mübahisəsizdir. Bu gün rus dili Azərbaycanda böyük önəm kəsb etməkdə davam edir", - Mehdiyev bildirib.

Onun sözlərinə görə, payızda iki ölkə prezidentlərinin himayəsi altında və hazırlanmasına bu mərkəzin də töhfə verəcəyi Rusiya-Azərbaycan humanitar forumu keçiriləcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözlərinə görə, Moskvada Bakıda açılan mərkəzə oxşar Azərbaycan-Rusiya Mərkəzinin yaradılması üzərində iş aparılır.

"Hazırda Moskvada belə mərkəzin yaradılması üzərində iş gedir. Doğrudur, bəzi çətinliklər var, lakin hesab edirəm ki, onlar tezliklə həll olunacaq", - səfir mərkəzin açılışında bildirib.

O, Bakıda mərkəzin açılmasını alqışlayıb. Bülbüloğlunun sözlərinə görə, belə mərkəzlərin açılması dövlətlərarası əlaqələrin möhkəmlənməsi və dərinləşməsi üçün son dərəcə vacibdir. Onu fikrincə, bu hadisə xüsusilə humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərini dinamikasını daha da gücləndirəcək.

RF Prezidenti Administrasiyasının rəhbəri Bakıda Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak edib.

Narışkini Rusiya Federasiyası Prezidentinin köməkçisi Cahan Pallıyeva, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Prezidentinin MDB iştirakçısı olan ölkələrlə əlaqələr və Rusiyalı Həmvətənlərin İşləri üzrə Əməkdaşlıq Təşkilatının rəhbəri Fərid Muhametşin və Rusiyanın digər məşhur dövlət və ictimai xadimlərinin daxil olduqları nümayəndə heyəti müşayiət edir.

Mədəniyyət Mərkəzinin fəaliyyəti Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə əldə etgdiyi uğurlar, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanış etməyə, ikitərəfli mədəni, təhsil, elmi-texniki proqram, işgüzar əlaqələr, rus dilinin tədrisinə dəstək, qeyri-hökumət təşkilatları və dostluq cəmiyyətləri ilə qarşılıqlı fəaliyyətə yönəlib.

Bakı şəhərindəki RMMM Rusiyanın xaricdəki ən müasir, məlumatla zəngin mədəniyyət mərkəzlərindən biridir. Şəhərin mərkəzində yerləşən yeni beşmərtəbəli bina zəruri müasir avadanlıqlar, texnika və aparatlarla təchiz olunub, bunada kino-konsert, konsert-sərgi zalları, eləcə də konfrans zalları və kitabxana var. RMMM-də rus dilinin tədris-metodiki mərkəzi, linqafon kabinetləri, məsafəli təhsil mərkəzi, innovasiya əməkdaşlığı mərkəzi işə başlayacaq, maraqlar üzrə klublar və studiyalar açılacaq.

Rusiyalı Həmvətənlərin İşləri üzrə Əməkdaşlıq Təşkilatının Rusiya mədəniyyət mərkəzlərinin yaradılmsı zamanı əsas iş prinsiplərindən biri ölkənin mədəni və mənəvi zənginliyini əks etdirməkdir. Belə yanaşmanın təzahürü ən yeni Dövlət Rus Muzeyi çoxmnediyalı layihəsinin- "Rus muzeyi-virtual filial" Məlumat-Təhsil mərkəzi, eləcə də Boris Yeltsin adına Prezident kitabxanasının elektron oxu zalı və digər layihələrin təqdimatı olacaq.

Açılış mərasimi çərçivəsində Rusiya Kitab Naşirləri Assosiasiyasının (RKNA) kitab sərgisinin təqdimatı da keçiriləcək. Nümayiş olunmaq üçün Bakıdakı RMMM-nin kitabxanasına hədiyyə ediləcək təxminən iki yüz adda yeni kitab hazırlanıb.

RMMM işinə Rusiyalı Həmvətənlərin İşləri üzrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi Ənvər Şeyxov başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti