...

Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur – RF XİN

Siyasət Materials 11 Fevral 2011 12:09 (UTC +04:00)
Hazırda Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur. Trend-in məlumatına görə, bu barədə RF xarici işlər nazirinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç 9 fevral 2011-ci ildə "Nezavisimaya qazeta"da nəşr olunmuş "Rusiyada qalmaq" məqaləsini şərh edərkən bildirib.
Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur – RF XİN

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Hazırda Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur. Trend-in məlumatına görə, bu barədə RF xarici işlər nazirinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç 9 fevral 2011-ci ildə "Nezavisimaya qazeta"da nəşr olunmuş "Rusiyada qalmaq" məqaləsini şərh edərkən bildirib.

"Ölkələrimiz arasında həm Xəzər dənizi, həm də qurudakı ərazilər üzrə sərhəd müəyyən olunub. Quru sərhəd xətti 2010-cu il sentyabrın 3-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikasının prezidentləri Dmitri Medvedevİlham Əliyev arasında Dövlət sərhədi haqqında Müqavilə ilə müəyyənləşdirilib. O, Dağıstan SSR və Azərbaycan SSR arasındakı keçmiş inzibati sərhədə uyğundur", - Lukaşeviçin XİN-in rəsmi saytında yerləşdirilən şərhində deyilib.

Məqalədə qaldırılan Azərbaycanda rus vətəndaşlarının yaşadığı iki kiçik kəndin problemləri həm Moskva, həm Mahaçqala, həm də Bakıda məşhurdur. Problemlərin yaranması çoxdankı dövrə aiddir. Həmin dövrdə Sovet İttifaqında heç kimin ağlına gəlməzdi ki, nəhəng ölkə süqut edə, inzibati sərhədlər isə dövlət sərhədinə çevrilə bilər, Lukaşeviçin şərhində deyilib.

Mövcud materiallara görə, sovet hakmiyyəti dövründə Dağıstan SSR və Azərbaycan SSR arasında kiçik ərazilərin kənd təsərrüfatı məqsədləri ilə qarşılıqlı müvəqqəti istifadəyə verilməsi həyata keçirilib. Dağıstan qışlıq mal-qara otlaqları kimi istifadə üçün Azərbaycandan torpaqlar alıb. Bu barədə XİN-in saytında deyilir.

"Orada tədricən çobanlar üçün daimi yer düzəldilib, yaşayış evləri tikilib. Xrax-Uba və Uryan-Uba yaşayış məntəqələri belə yaranıb. SSRİ hakimiyyətinin ərazilərin mübadiləsi barədə qərarı 1954-cü ildən 2004-cü ilədək qüvvədə olub. Azərbaycanda Rusiyaya məxsus torpaqların olması barədə bəzi sənədlər nə mərkəzi, nə də respublika arxivlərində aşkar olunmayıb", - məqalədə deyilib.

Buna baxmayaraq, adları çəkilən yaşayış məntəqələrində Rusiya vətəndaşlarının problemi həqiqətən də mövcuddur. Bu, çətin və incə məsələdir. Bunun həlli ilə Rusiya XİN digər federal nazirlik və idarələr, eləcə də Dağıstan rəhbərliyi ilə qarşılıqlı şəkildə məşğul olur, şərhdə deyilir.

"Azərbaycan tərəfi və hər iki kəndin sakinləri ilə mövcud məsələ barədə sıx əlaqədəyik. Bu günlərdə Bakıda Xarici İşlər Nazirliklərinin növbəti məsləhətləşmələri keçirilib və bu zaman azərbaycanlı tərəfdaşlardan Rusiya vətəndaşlarının problemlərinin nizama salınmasında bütün lazımi köməyin göstəriləcəyi barədə təminat alınıb. Rusiyanın Bakıdakı səfiri Azərbaycanın Miqrasiya Xidməti ilə işləyir. Yaxın günlərdə Xrax-Uba və Uryan-Ubaya birgə səfər təşkil olunacaq", - Lukaşeviçin şərhində deyilir.

Rusiya XİN-də əmindirlər ki, mövcud məsələni hər hansı mitinqlərlə həll etmək olmaz. Söhbət konkret insanlardan gedir və onların maraqlarının itməməsi üçün hər bir insana, ailəyə fərdi şəkildə ciddi yanaşma əsasında daimi çox zəhmət tələb edən iş lazımdır, nazirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti