...

Azərbaycan Prezidenti Küveyt Əmirini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 24 Fevral 2011 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı təbrik edib.
Azərbaycan Prezidenti Küveyt Əmirini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı təbrik edib. Məlumatı cümə axşamı Prezidentin rəsmi saytı yayıb.

"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, xalqlarımızın iradəsini ifadə edən Azərbaycan-Küveyt münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha möhkəm cansağlığı, işlərində uğurlar, dost Küveyt xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti