...

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Siyasət Materials 28 Fevral 2011 17:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı ilə bağlı başsağlığı verib.
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı ilə bağlı başsağlığı verib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Azərbaycan-Turkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölkəmizdə böyük hörmət və nüfuza malik idi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - başsağlığında bildirilir.

Xəbər lenti

Xəbər lenti