...

"Your style" şirkəti: "Biz İqor Krutoyun yaradıcılıq gecəsinin təşkilatçısı deyilik və bizdə bilet alverinə qarşı mübarizənin qanuni mexanizmləri yoxdur" (FOTO)

Siyasət Materials 1 Mart 2011 13:41 (UTC +04:00)
Məşhur Rusiya bəstəkarı İqor Krutoyun yaradıcılıq gecəsinə biletlərin rəsmi qiymətinin 45 manatdan 330 manatadək olmasına baxmayaraq, spekulyasiya hallarının artması, bəzi məlumatlara görə isə biletlərin hətta 800 manata (!) satılması ilə bağlı məsələnin aydınlaşdırılması məqsədilə Trend paytaxtdakı bütün kütləvi mədəni tədbirlərin biletlərinin satışı ilə məşğul olan "Your style" şirkətinə müraciət edib.
"Your style" şirkəti: "Biz İqor Krutoyun yaradıcılıq gecəsinin təşkilatçısı deyilik və bizdə bilet alverinə qarşı mübarizənin qanuni mexanizmləri yoxdur" (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Məşhur Rusiya bəstəkarı İqor Krutoyun yaradıcılıq gecəsinə biletlərin rəsmi qiymətinin 45 manatdan 330 manatadək olmasına baxmayaraq, spekulyasiya hallarının artması, bəzi məlumatlara görə isə biletlərin hətta 800 manata (!) satılması ilə bağlı məsələnin aydınlaşdırılması məqsədilə Trend paytaxtdakı bütün kütləvi mədəni tədbirlərin biletlərinin satışı ilə məşğul olan "Your style" şirkətinə müraciət edib.

"Əvvəla, xüsusi qeyd etmək istərdik ki, bu konsertin təşkilatçısı biz deyilik, baxmayaraq ki, bəzi yerli telekanallar bizi belə təqdim edib. Bu tədbirin təşkilatçısı "Tonika prodakşn" şirkətidir. Şirkət bizimlə yalnız Heydər Əliyev Sarayında martın 2-də keçiriləcək konsertə 1840 yerdən 1200 yerə biletlərin satışı üzrə müqavilə imzalayıb. Konsertin biletlərində şirkətimizin loqotipinin olması bizim təşkilatçı olduğumuz demək deyil. Loqotipimiz paytaxtda keçirilən bütün konsert və ya tamaşaların biletlərinin üzərində var", - şirkətdən bildiriblər.

"Your style"ın nümayəndəsi onu da qeyd edib ki, spekulyantlarla mübarizə şirkətin deyil, hüquq-mühafizə orqanlarının səlahiyyətləri daxilindədir.

"Kimsə bizdən 8-10 bilet alırsa, bu şəxsə bilet satmaya, üstəlik onu qabaqcadan bilet alverində ittiham edə bilmərik. Yeri gəlmişkən, biletlərin qiymətlərini də biz yox, tədbirin təşkilatçıları, indiki halda "Tonika prodakşn" müəyyən edir. Bizim işimiz yalnız onları satmaqdan ibarətdir", - "Your style" şirkətindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti