...

Azərbaycanın xarici işlər naziri Belçikanın yeni səfirini qəbul edib

Siyasət Materials 1 Mart 2011 16:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın yeni səfiri Luk Troyenin etimadnaməsinin surətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Belçikanın yeni səfirini qəbul edib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın yeni səfiri Luk Troyenin etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verib.

Belçikanın yeni təyin olunmuş səfiri ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, Belçika-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə belçikalı diplomatı təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti