...

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Siyasət Materials 2 Mart 2011 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu təbrik edib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.
İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu təbrik edib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Xalqlarımız arasında zəngin dostluq və əməkdaşlıq ənənələrinə əsaslanan bu əlaqələr daim öz əhatə dairəsini genişləndirməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, beynəlxalq qurumlar və regional layihələr çərçivəsində qarşılıqlı işimizin səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Georgi Pırvanova ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti