...

Hökümət qoşunları Liviyanın iki iri şəhərini ələ keçirib - dövlət TV

Siyasət Materials 6 Mart 2011 11:31 (UTC +04:00)
Liviyada hökümət qoşunları Aralıq dənizi sahilində yerləşən iki iri şəhəri - Əz-Zəviyə və Misuratanı ələ keçiriblər. Bu barədə dünya KİV-ləri ölkənin dövlət televiziyasına istinadən məlumat verib.
Hökümət qoşunları Liviyanın iki iri şəhərini ələ keçirib - dövlət TV

Liviyada hökümət qoşunları Aralıq dənizi sahilində yerləşən iki iri şəhəri - Əz-Zəviyə və Misuratanı ələ keçiriblər. Bu barədə dünya KİV-ləri ölkənin dövlət televiziyasına istinadən məlumat verib.

Hər iki şəhər fevralın sonlarında üsyançıların əlinə keçib.

Fevralın 15-dən başlayaraq Liviya şəhərlərində dövlət başçısı Müəmmər Qəddafinin istefası tələbilə etiraz aksiyaları davam edir. Beynəlxalq təşkilatlarının fikrinə görə, hökümət nümayişləri amansızcasına yatırdır, təhlükəsizlik qüvvələri və xarici muzdlu əsgərlərlə toqquşmalarda altı min nəfərəcən insan həlak olub.

Xəbər lenti

Xəbər lenti