...

ABŞ-ın Azərbaycandakı səfirliyi keçmiş deputatlığa namizədin həbsini şərh edib

Siyasət Materials 8 Mart 2011 03:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

ABŞ-ın Azərbaycandakı səfirliyi keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin həbsi ilə bağlı bəyanat yayıb.

"ABŞ-ın Azərbaycandakı səfirliyi və səfir Metyu Brayza 4 mart tarixində Gəncə şəhərində Bəxtiyar Hacıyevin həbsi haqda, xüsusən də onun pis şəraitdə saxlanılması və hüquqi yardımdan məhrum edilməsi ehtimal edilən iddiaları diqqətlə izləyir. Biz Azərbaycan hökümətini qanunun aliliyini qorumağa, müvafiq hüquqi prosesin aparılmasını təmin etməyə və Azərbaycan qanunvericiliyi çərçivəsində cənab Hacıyevin hüquqi yardıma, lazım gəldikdə isə tibbi yardım daxil olmaqla bütün hüquqlarını təmin etməyə çağırırıq.

Hazırda səfirlik cənab Hacıyevin məsələsiylə və onun saxlanılma şəraitiylə bağlı məlumatları əldə etmək üçün Azərbaycan hökümətinin müvafiq qurumları ilə əlaqə saxlayır. Biz bu və bu yaxınlarda həbs edilən digər gənc fəalların işlərini də izləməyə davam edəcəyik", bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti