...

DİN Bakıdə keçirilən icazəsiz aksiya ilə bağlı məlumat verib

Siyasət Materials 12 Mart 2011 18:34 (UTC +04:00)
Müsavat partiyasının rəhbərliyi şənbə günü "Neftçilər" stansiyası yaxınlığındakı "Praqa" şadlıq sarayının qarşısından başlayaraq Qara Qarayev prospekti ilə "Təbriz" kinoteatrınadək yürüş-mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
DİN Bakıdə keçirilən icazəsiz aksiya ilə bağlı məlumat verib

Müsavat partiyasının rəhbərliyi şənbə günü "Neftçilər" stansiyası yaxınlığındakı "Praqa" şadlıq sarayının qarşısından başlayaraq Qara Qarayev prospekti ilə "Təbriz" kinoteatrınadək yürüş-mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.

DİN-in məlumatına görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbayjan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən içtimai təhlükəsizlik mənafeyi və digər şəxslərin hüquq və azadlıqlarının qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunmuş və bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmişdir.

Lakin tədbirin dinj və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin Qanunun

12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdirmişlər.

Onlar həmin gün saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən, Nizami küçəsi və "Fəvvarələr" meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərmişlər.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək jəhdinin qarşısı alınmış, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməmişdir.

Görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılmışdır. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır.
Fakt üzrə araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti