...

Əfqanıstan Prezidenti İran, Tacikistan və Pakistanın mədəniyyət nazirləri ilə görüşüb

Siyasət Materials 14 Mart 2011 18:09 (UTC +04:00)
Əfqanıstan Prezidenti Həmid Kərzayi bazar ertəsi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iclasında iştirak etmək üçün bu ölkəyə səfər etmiş İran, Tacikistan və Pakistanın mədəniyyət nazirləri ilə görüşüb.
Əfqanıstan Prezidenti İran, Tacikistan və Pakistanın mədəniyyət nazirləri ilə görüşüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Cəfərov/

Əfqanıstan Prezidenti Həmid Kərzayi bazar ertəsi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iclasında iştirak etmək üçün bu ölkəyə səfər etmiş İran, Tacikistan və Pakistanın mədəniyyət nazirləri ilə görüşüb. Bu barədə Trend Əfqanıstan Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Kərzayi İƏT ölkələrinin mədəniyyət sahəsində əlaqələrinin inkişaf etdirilməsinin region xalqları arasında münasibətlərin genişlənməsinə səbəb olduğunu deyib.

Kərzayi Əfqanıstanın Qəznə şəhərinin (Qəzni vilayəti) İslam mədəniyyətinin paytaxtı (2013-cü ildə) mərasimlərinə hazırlanması üçün göstərdiyi köməyə görə İƏT ölkələrinə təşəkkür edib.

İƏT ölkələrinin mədəniyyət nazirlərinin iclası Əfqanıstanın paytaxtı Kabildə bu gündən öz işinə başlayıb.

İƏT mədəniyyət nazirlərinin iclasında üzv ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə ediləcək.

1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən əsası qoyulan təşkilata hazırda Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Xəbər lenti

Xəbər lenti