...

Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 17 Mart 2011 16:29 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Camalov qonaqları səmimi salamladıqdan sonra nazirliyin fəaliyyəti barədə geniş məlumat verib. Nazir Azərbaycanla Ukrayna arasındakı müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

Nümayəndə heyətinin başçısı Yejel səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti