...

Türkiyənin xarici işlər naziri koalisiya qüvvələrinin Liviya ərazisinə zərbələrini tənqid edib

Siyasət Materials 22 Mart 2011 11:08 (UTC +04:00)
Beynəlxalq koalisiya qüvvələrinin Liviya ərazisinə zərbələrini tənqid edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara bu Şimali Afrika ölkəsində yaranan vəziyyətdən getdikcə daha çox narahat olmağa başlayır. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.
Türkiyənin xarici işlər naziri koalisiya qüvvələrinin Liviya ərazisinə zərbələrini tənqid edib

Beynəlxalq koalisiya qüvvələrinin Liviya ərazisinə zərbələrini tənqid edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara bu Şimali Afrika ölkəsində yaranan vəziyyətdən getdikcə daha çox narahat olmağa başlayır. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.

"Belə koalisiyaların formalaşdırılması üçün beynəlxalq hüquqla nəzərdə tutulan müəyyən prosedur var. Biz əmin deyilik ki, ona tam əməl olunub", - Türkiyə XİN rəhbəri deyib. RBK məlumat verib.

Hazırda Liviyada hərbi əməliyyat aparan beynəlxalq koalisiyaya ABŞ, Fransa, Böyük Britaniya, Kanada, İtaliya və bir sıra digər ölkələr daxildir. Onlar bildirirlər ki, BMT Təhlükəsizlik Şurasının Liviya rəhbəri Müəmmər Qəddafinin ordusunun hərbi təyyarələrinin bu ölkənin ərazisi ilə uçmasını qadağan edən qətnaməsini yerinə yetirirlər. Qondarma Liviya müxalifəti dəfələrlə beynəlxalq ictimaiyyəti bu addımı atmağa çağırıb. Belə ki, Liviya rəhbərinin qoşunları aviasiyadan üsyançılara qarşı dəfələrlə istifadə ediblər.

Xəbər lenti

Xəbər lenti