...

Qəddafinin qüvvələri müxalifətin tutduğu Zintan şəhərinə hücuma keçiblər

Siyasət Materials 22 Mart 2011 14:26 (UTC +04:00)

Liviya lideri Müəmmər Qəddafinin qüvvələri üsyançıların Tunis sərhədi yaxınlığında tutduğu Zintan şəhərini hücum etməklə ələ keçirməyə çalışırlar.

Şəhər ağır silahlardan atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə RBK "Al-Jazeera" telekanalına istinadən xəbər verib.

Ötən günlər ərzində Qəddafi rejimi iki dəfə atəşkəs haqqında elan edib, lakin hər dəfə polkovnikə sadiq qoşunlar müvəqqəti barışığı pozublar.

Martın 19-da ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Kanadadan ibarət qərb koalisiyası Cəmahiriyyənin hərbi obyektlərinə hava zərbələri endirir.

Xəbər lenti

Xəbər lenti