...

Azərbaycanın İraqdakı səfiri Kürdüstan regionunda təşkil edilmiş Novruz şənliklərində iştirak edib (FOTO)

Siyasət Materials 25 Mart 2011 14:45 (UTC +04:00)
Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı İraqın Kürdüstan regionunun rezidenti Məsud Bərzaninin dəvəti ilə Ərbil şəhərində təşkil edilmiş Novruz şənliklərində iştirak edib.
Azərbaycanın İraqdakı səfiri Kürdüstan regionunda təşkil edilmiş Novruz şənliklərində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı İraqın Kürdüstan regionunun rezidenti Məsud Bərzaninin dəvəti ilə Ərbil şəhərində təşkil edilmiş Novruz şənliklərində iştirak edib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat veriblər.

Kürdüstan Muxtar Hökuməti tərəfindən təşkil edilmiş tədbirlər çərçivəsində səfir Elman Araslı və səfirliyin attaşesi Emil Ağaəhmədov İraq Kürdüstanının Ərbil, Səlahəddin, Şaqlava və Ravanduz şəhərlərinə səfər ediblər.

Səfər çərçivəsində səfir Araslının Kürdüstan Regional Hökumətinin Prezidenti Məsud Bərzani, Baş naziri Bəhram Saleh və bir sıra nazirləri ilə görüşləri baş tutub. Səmimi şəraitdə keçən görüşlər zamanı qarşı tərəfin nümayəndələri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını bildiriblər.

Səfər çərçivəsində İraqın xarici işlər naziri Huşyar Zibari ilə keçirilən görüş zamanı Azərbaycan-İraq münasibətləri və inkişaf perspektivləri, Zibarinin Azərbaycana gözlənilən səfərinin detalları müzakirə edilib.

Azərbaycan kütləvi informasiya vasitələrinə müsahibə verən səfir Araslı tədbirlərin yüksək səviyyədə təşkil edildiyini və regionda Azərbaycana marağın böyük olduğunu bildirib.

İraqda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə keçirilmiş görüşlər zamanı İraqda hazırkı vəziyyət, ölkənin bərpası və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti