...

Ermənistan və Azərbaycan Xankəndində aeroportun açılışına qədər uçuşların təhlükəsizliyini həll etməlidirlər - ABŞ səfiri

Siyasət Materials 29 Mart 2011 18:29 (UTC +04:00)
Ermənistan və Azərbaycan Xankəndində aeroportun açılışına qədər uçuşların təhlükəsizliyi məsələsini həll etməlidirlər.
Ermənistan və Azərbaycan Xankəndində aeroportun açılışına qədər uçuşların təhlükəsizliyini həll etməlidirlər - ABŞ səfiri

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Ü.İsmayılova/

Ermənistan və Azərbaycan Xankəndində aeroportun açılışına qədər uçuşların təhlükəsizliyi məsələsini həll etməlidirlər. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

"Mən tərəflərin bir yerə toplaşaraq Xankəndində aeroportun açılışına qədər bu məsələlərin həll edilməsini hesab edən ABŞ rəhbərliyinin mövqeyinə tərəfdaram, - çərşənbə axşamı səfir jurnalistlərə bildirib. - Biz güman edirik ki, təfərrüatlar tamamlana bilər".

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Bu barədə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.

Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti