...

Azərbaycan XİN rəhbəri İKT XİNŞ sessiyasına dəvət olunub

Siyasət Materials 30 Mart 2011 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Y.Ostapenko/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 28-30-da Astanada keçiriləcək İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının sessiyasına dəvət olunub. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Trend BİA-da keçirilən mətbuat konfransında bildirib.

2011-ci ildə Qazaxıstan İKT-yə sədrlik edir və bəzi ərəb ölkələrində yaranmış vəziyyət şəraitində təşkilata Qazaxıstanın sədrlik etdiyi dövrdə İKT XİNŞ-nin 38-ci sessiyasının keçirilməsi xüsusi önəm kəsb edir. Səfir bildirib ki, sessiyaya quruma üzv ölkələrin xarici işlər nazirləri, o cümlədən Azərbaycan XİN rəhbəri dəvət olunub.

"Azərbaycanın İKT çərçivəsində müsbət təcrübəsini nəzərə alaraq, Qazaxıstan bu təşkilata sədrlik etdiyi dövrdə Azərbaycan tərəfinin dəstəyinə və fəal iştirakına ümid edir", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti