...

İsveç xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 30 Mart 2011 16:34 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt regiona martın 30-dan aprelin 2-dək davam etməli olan səfərini təxirə salıb. Bu barədə Trend-ə İsveç XİN-in mətbuat xidmətindən məlumat verilib.
İsveç xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir V.Javoronkova/

İsveçin xarici işlər naziri Karl Bildt regiona martın 30-dan aprelin 2-dək davam etməli olan səfərini təxirə salıb. Bu barədə Trend-ə İsveç XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər Liviyadakı hadisələrlə bağlı qeyri-müəyyən müddətə təxirə salınıb.

Səfər çərçivəsində Bildtin Gürcüstan, Azərbaycan və Ermənistana səfərləri planlaşdırılmışdı.

İsveç XİN rəhbəri Azərbaycana aprelin 1-də səfər etməli idi.

Fevralın ortalarında Liviyada 40 ildən çox hakimiyyətdə olan Qəddafinin istefası tələbi ilə çıxışlar başlayıb. İğtişaşlar nəticədə hökumət qüvvələri və üsyançılar arasında silahlı qarşıdurmaya çevrilib. Beynəlxalq təşkilatlar üsyançıların hökumət qoşunları ilə toqquşmalarında minlərlə insanın həlak olduğunu bildirir, Liviya hakimiyyəti isə bunu inkar edir.

Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın tətbiqini və Qəddafi qüvvələrinə qarşı xarici hərbi əməliyyatın aparılmasını nəzərdə tutan qətnamə qəbul edib. "Odissey şəfəqi" adlanan martın 19-da başlayan əməliyyatda Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və digər ölkələr iştirak edir.

Xəbər lenti

Xəbər lenti