...

Azərbaycanlı gənclər Əli Kərimlinin mənzilinin qarşısında etiraz aksiyası keçiriblər (FOTO)

Siyasət Materials 31 Mart 2011 17:45 (UTC +04:00)
Bir qrup Azərbaycan gənci cümə axşamı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mənzilinin qarşısında etiraz aksiyası keçiriblər.
Azərbaycanlı gənclər Əli Kərimlinin mənzilinin qarşısında etiraz aksiyası keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 31 mart / Trend, müxbir T.Hacıyev/

Bir qrup Azərbaycan gənci cümə axşamı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mənzilinin qarşısında etiraz aksiyası keçiriblər. Trend-in məlumatına görə, aksiya AXCP sədrinin son dövrlər apardığı siyasətə etiraz əlaməti olaraq təşkil olunub.

Aksiyada iştirak edən 100 nəfərə yaxın şəxs "Azərbaycanı düşmənlərə satanlara ar olsun", "Qarabağ problemi qala-qala Azərbaycan üçün ikinci problem yaradanlara ar olsun", "Əli Kərimliyə ar olsun" şüarları səsləndiriblər. Etiraz edənlər qeyd ediblər ki, Azərbaycan gəncliyi artıq öz seçimini edib və bu seçim ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevdir. Onlar bildiriblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır.

Aksiyanın sonunda gənclər üzərində şüarlar yazılmış plakatları Əli Kərimlinin evinin qarşısında divara yapışdırıblar. Aksiya dinc şəraitdə keçib, heç bir qarşıdurma olmayıb.

Xəbər lenti

Xəbər lenti