...

Batumidə Stinq və Kris Bottinin konserti keçiriləcək

Siyasət Materials 4 Aprel 2011 10:46 (UTC +04:00)
Dünya şöhrətli müğənni Stinq Gürcüstana səfər edəcək. Məşhur müğənni bu ilin iyulunda Tbilisiyə gələcək. O, Batumidə Kris Botti ilə birgə çıxış edəcək.
Batumidə Stinq və Kris Bottinin konserti keçiriləcək

Gürcüstan, Tbilisi, 4 aprel /Trend, müxbir N.Kirsxaliya/

Dünya şöhrətli müğənni Stinq Gürcüstana səfər edəcək. Məşhur müğənni bu ilin iyulunda Tbilisiyə gələcək. O, Batumidə Kris Botti ilə birgə çıxış edəcək.

Gürcüstan müğənninin Avropa turnesi çərçivəsində konsert verəcəyi sonuncu ölkə olacaq.

Mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolaz Ruruanın sözlərinə görə, məşhur müğənni ilə danışıqlar uğurla başa çatıb və konsertin keçirilməsi barədə saziş artıq sənədləşdirilib.

Stinq Kris Botti ilə iyulun 3-də Batuminin Pyatsa meydanında çıxış edəcək. Kris Bottinin bendi ilə yanaşı Gürcüstanın Milli Simfonik orkestri də tamaşaçılar qarşısına çıxacaq.

Tanınmış müğənnilərlə konsertin təşkili haqqında danışıqları "Eastern promotion" aparıb. Şirkətin nümayəndəsi Kaxi Kandelakinin sözlərinə görə, danışıqlar yeddi il ərzində aparılıb.

Xəbər lenti

Xəbər lenti