...

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını təbrik edib

Siyasət Materials 6 Aprel 2011 17:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.
Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı Nursultan Nazarbayevi seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə Prezident seçilməsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Nursultan Nazarbayev təbrikə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti