...

Biznes forumu Azərbaycan ilə Yunanıstan arasında olan iqtisadi münasibətləri daha da gücləndirəcəkdir - Yunanıstan Prezidenti

Siyasət Materials 7 Aprel 2011 01:39 (UTC +04:00)
Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Bunu Yunanıstan Prezidenti Karolos Papulyas çərşənbə günü Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən IV Azərbaycan-Yunanıstan biznes forumunda çıxışı zamanı bildirib.
Biznes forumu Azərbaycan ilə Yunanıstan arasında olan iqtisadi münasibətləri daha da gücləndirəcəkdir - 
Yunanıstan Prezidenti

Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Bunu Yunanıstan Prezidenti Karolos Papulyas çərşənbə günü Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən IV Azərbaycan-Yunanıstan biznes
forumunda çıxışı zamanı bildirib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Bu tədbir ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Qafqazda mühüm coğrafi məkanda yerləşir və xüsusilə bu regionda mühüm rol oynayır. 2009-cu ildə mən böyük məmnuniyyətlə Prezident Əliyevi Afinada keçirilmiş biznes forumu çərçivəsində salamladım və həmin vaxtdan etibarən yunan şirkətləri, yunan biznes adamları açılan bu imkanlardan istifadə etmək qərarına gəldilər. Onlar öz azərbaycanlı həmkarları ilə əlaqə yaratdılar. Biznes forumu uğurla keçdi və bu, bizim ticari münasibətlərimizə də böyük təkan verdi. Hesab edirəm ki, ikitərəfli iqtisadi və ticari münasibətlərimiz baxımından görüləcək işlər hələ çoxdur. Biz çalışmalıyıq ki, bu əlaqələri daha da gücləndirək. Xüsusən də Yunanıstan iqtisadiyyatının ixraca işləyən sektorlarının, yəni ərzaq məhsullarının, tikinti materiallarının, kosmetika və əczaçılıq məhsullarının ixracını daha da təşviq etməklə əməkdaşlığımızı quraq", - Yunanıstan Prezidenti bildirib.

Prezident Karolos Papulyas bildirib ki, forumda 21 yunan şirkəti təmsil olunmuşdur ki, bu da ikitərəfli əlaqələrin, əməkdaşlığın böyük potensiala mövcud olduğunu göstərir. "Biz çox şadıq ki, Azərbaycan, Azərbaycanın iş adamları bir çox layihələrdə bizim tərəfdaşlarımızdır.
Hesab edirik ki, enerji, ətraf mühitin qorunması, telekommunikasiya, konsaltinq və bir çox digər sahələrdə uğurlar qazanmaq olar. Yunanıstanda ərzaq sənayesi, tikinti materialları, əczaçılıq sahələrində işlər görülə bilər. Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Hesab edirik ki, bundan sonra neftayırma zavodları sahəsində müəyyən birgə layihələri həyata keçirə bilərik. Bu, bizim münasibətlərimizi daha da gücləndirər və bu əməkdaşlıqdan irəli gələrək, digər sahələrdə də iqtisadiyyatlarımızı möhkəmləndirəcək birgə layihələri həyata keçirə bilərik", - Yunanıstan Prezidenti bildirib.

Prezident Karolos Papulyas qeyd edib ki, qlobal maliyyə böhranı öz çox ağır fəsadları ilə hamının yadında qaldı. "Beləliklə, biz çox ciddi tədbirlər görməyə məcbur olduq. Bu, bizim xərclərimizi də çox böyük həcmdə artırdı və əslində, iqtisadiyyata çox möhkəm bir təsir idi. Təbii ki, biz öz vergi sistemimizdə müəyyən dəyişikliklərin edilməsi və xüsusən də ölkəmizin müqayisəli baxımdan daha potensial sahələrinin yenidən strukturlaşdırılması işlərinin görülməsi sayəsində müəyyən addımları ata bildik. Bundan əlavə, qəbul edilmiş yeni qanunlar, daha təkmilləşdirilmiş qanunvericilik bazası böhranın təsirlərinin qarşısının alınmasında yardımçı oldu. İnfrastruktur layihələrinə gəldikdə, biz xüsusən turizm sahəsində yeni imkanların yaradılmasını qərara aldıq. Bu da digər xarici şirkətlər üçün çox mühüm bir imkan hesab edilə bilər. Cənab Prezident, mən ümid edirəm ki, bu biznes forumdan sonra Azərbaycanın biznes dairələri daha da həvəslənib Yunanıstan bazarına daxil olaraq öz sözünü deyəcək və çox faydalı biznes əlaqələri qurub işbirliyi yaradacaqlar. Mən qətiyyətlə inanıram ki, bu biznes forumu Azərbaycan ilə Yunanıstan arasında olan iqtisadi və ticari münasibətləri daha da gücləndirəcəkdir", - Yunanıstan Prezidenti çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti