...

Ukraynanın Azərbaycandakı yeni səfiri öz səlahiyyətlərinin icrasına başlayıb

Siyasət Materials 7 Aprel 2011 12:21 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Bakıya gəlib və öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Ukraynanın Azərbaycandakı yeni səfiri öz səlahiyyətlərinin icrasına başlayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir S.Ağayeva/

Ukraynanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Bakıya gəlib və öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə cümə axşamı Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycana səfir təyin olunanadək Mişenko Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru (departamentin səlahiyyətlərinə Mərkəzi, Şərqi Avropa, Balkan regionu, Cənubi Qafqaz regionu ölkələri və Türkiyə daxildir) işləyib.

Mişenko 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə isə Türkiyə Respublikasında səfiri olub.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Xəbər lenti

Xəbər lenti