...

Azərbaycan Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoqa Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb (FOTO)

Siyasət Materials 7 Aprel 2011 22:43 (UTC +04:00)
Görüşdə mədəniyyətlərarası dialoqa həsr olunan Ümumdünya Forumunun əhəmiyyəti qeyd olunub, Azərbaycanın bu prosesdə fəal iştirakının məmnunluq doğurduğu bildirilib.
Azərbaycan Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoqa Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 16:07-də yayılıb)

Mədəniyyətlərarası dialoqa həsr olunan Forumda iştirak etmək üçün "Gülüstan" sarayına gələn Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu mötəbər beynəlxalq tədbirdə iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşüblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə mədəniyyətlərarası dialoqa həsr olunan Ümumdünya Forumunun əhəmiyyəti qeyd olunub, Azərbaycanın bu prosesdə fəal iştirakının məmnunluq doğurduğu bildirilib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti